azia.az
azia.az

“Gilan Holding” Respublika Gününə həsr olunmuş şirkətlərarası mini futbol turniri keçirir

29-05-2019, 15:51

“Gilan Holding” Respublika Gününə həsr olunmuş şirkətlərarası mini futbol turniri keçirir
28 May - Respublika Günü münasibətilə ölkəmizin aparıcı holdinqlərindən biri olan “Gilan Holding”, Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında “Gilan Kuboku” mini futbol turniri təşkil edir. Tariximizin şərəfli və əlamətdar gününə həsr olunmuş turnirin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarının idmana, sağlam həyat tərzinə marağın artmasına, həmçinin şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsinə töhfə verilməsidir.
Turnirdə “Gilan Holding”-in komandası daxil olmaqla 16 komanda birinci yer uğrunda mübarizə aparacaq. Bu ilin iyun ayında start götürəcək turnir iqtisadiyyatın müxtəlif sektorlarında uğur qazanmış şirkətlərin həvəskar komandaları arasında gərgin mübarizə, xoş ünsiyyət və yüksək azarkeş dəstəyi ilə yadda qalacaqdır.
İyul ayının sonunadək davam edəcək “Gilan Kuboku” mini futbol turnirində ilk 3 yeri tutan komandalar və oyun məharəti ilə seçilən oyunçular xüsusi mükafatlarla təltif olunacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi