Filippində balıq ovu zamanı qorxulu hadisə baş verib. Tutulan osminoq qəfil balıqçının üzünə yapışaraq təhlükəli anlar yaşadıb.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb. Hadisə Cesser Servantes adlı balıqçının başına gəlib. Onun tutduğu osminoq qəfil üzünə möhkəm yapışıb və dərisini ciddi şəkildə zədələmək təhlükəsi yaradıb.Balıqçı osminoqdan xilas olmaq üçün əlinə çubuq götürərək onunla mübarizə aparıb. Nəhayət, Servantes osminoqdan qurtula bilib.“Tutduğum osminoqdan yapışıb saxlamaq çox çətin idi”, – balıqçı daha sonra jurnalistlərə danışarkən bildirib.Hadisədən sonra Servantes ovunu saxlamaq fikrindən daşınıb və osminoq yenidən dənizə buraxılıb.