Kifli qidalar təhlükə saçır: Hansıları qətiyyən yemək olmaz?
Bəzi qidalarda görünən kif sadəcə səthdə olmur dərinliyə yayılaraq sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Kifli qidaların bəzilərini qətiyyən istehlak etmək olmaz.
Məlumata görə, xüsusilə yumşaq pendirlər, çörək, şirniyyatlar, meyvə-tərəvəzin yumşaq növləri, qoz-fındıq, süd məhsulları və hazır yeməklər kifləndikdə dərhal atılmalıdır. Bu məhsullarda kif gözlə görünəndən daha çox yayıla, toksinlər isə qidanın iç qatlarına keçə bilər.
Kifin ayrılmaz hissəsi olan mikotoksinlər qaraciyər zədələnməsi, allergiya, bağırsaq problemləri və uzunmüddətli qəbulda xərçəng riskini artırdığı üçün risk xüsusilə yüksəkdir.
Mütəxəssislər bildirir ki:
Yumşaq pendirlərdə kif sürətlə yayılır və təmizlənməsi mümkün deyil.
Çörək və un məmulatlarında kif dərin qatlara qədər keçə bilər.
Çiyələk, şaftalı, pomidor kimi yumşaq meyvə-tərəvəzlərdə kif sürətlə çoxalır.
Quru qoz-fındıq və paxlalılarda aflatoksin əmələ gələ bilər.
Süd, qatıq, qaymaq və digər süd məhsulları kiflənəndə mütləq atılmalıdır.
Mürəbbə və marmeladlarda kif zəhərli maddələr yarada bilər.
Bişmiş yeməklərdə kif toksinləri yeməyin bütün hissəsinə yayıla bilər.
Tövsiyə: Qidaların soyuducuda düzgün saxlanması, hava keçirməyən qabların istifadəsi və mətbəx səthlərinin təmizliyi kifin qarşısının alınmasında əsas rol oynayır.
Əminə Bayramova