azia.az
azia.az

Pis yeyən uşağın qidalandırılması üçün 17 MƏSLƏHƏT

25-10-2021, 08:32

Pis yeyən uşağın qidalandırılması üçün 17 MƏSLƏHƏT
Uşaqları kiçik olan və hər yeməyi bəyənməyən körpələrin valideynləri, nahar vaxtı çox sıxıntı keçirirlər.

Sağlam, cəlbedici hesab etdiyimiz bütün ərzaqlardan dadlı yeməklər hazırlamaqlarına baxmayaraq, bu yeməklərin əksəriyyəti uşaqların kürsüsündən döşəməyə tökülür. Ən pisi isə odur ki, uşaqların bu hərəkətərini valideynlər ürəklərinə salır və bunu valideyn laqeydsizliyi kimi dəyərləndirirlər. Harda səhvə yol verilir? Bu uşaqlar niyə hər qidanı bəyənmirlər?

Körpələr niyə hər qidanı bəyənmir? Hər qidanı bəyənməmək, körpəliyin bir hissəsidir. 1-3 yaş arası körpələrin bir çox qidalara əhəmiyyət verməməsinin inkişafi səbəbləri var. Bir il sürətli inkişafdan sonra (orta hesabla 1 yaşlı körpə öz doğum çəkisindən 3 dəfə artır), körpələrin çəkisi daha yavaş artmağa başlayır. Odur ki, təbii ki, onlar daha az qidaya ehtiyac duyur. Həmçinin körpələrin daim hərəkətdə olması da onların qida vərdişlərinə təsir edir. Gün ərzində az miqdarda qida atışdırmaq, bu məşğul kəşfçilər üçün tam doyumlu yemək yeməkdən daha yaxşıdır.

Bunu anlayan valideynin məqsədi sadəcə düzgün qidanı almaq, onu, qidalandırıcı maddələrini maksimum qoruyacaq şəkildə hazırlamaq (qaynatmaq yerinə buxara vermək, qızartmaq yerinə sobada bişirmək) və onu yaradıcı şəkildə onlara təqdim etməkdir. Qalanı isə uşaqlara qalır. Nə qədər yeyəcəkləri, nə vaxt yeyəcəkləri və ümumiyyətlə yeyib-yeməyəcəkləri onların məsuliyyətidir.

Körpələr hər dəfə bir qidanı yeməyi xoşlayır. Onlar bir gün yalnız meyvə, o biri gün isə yalnız tərəvəz yeyə bilərlər. Bu cür qidalanma vərdişləri körpənin əhval-ruhiyyəsinin dəyişkənliyi qədər normal olduğu üçün, körpənin bir gün yaxşı yeyib, o biri gün isə, demək olar ki, heç nə yeməməsi təəccüblü deyil. 1-3 yaşlı körpələrin gün ərzində 1000-1300 kaloriyə ehtiyacı var, lakin onlar heç də hər gün bu kalorini ödəyəcək qədər yemək yeməyə bilərlər. Ümumiyyətlə, körpələri gündəlik yox, həftəlik olaraq bəsləyici və balanslaşdırılmış şəkildə qidalandırmağa çalışmaq lazımdır.

Bu o demək deyil ki, valideynlər körpələrini yaxşı yeməyə təşviq etməməli və sağlam qida vərdişlərini inkişaf etdirməli deyillər. Uşaqları yeməyə həvəsləndirmək və yemək zamanı yaşanan çətinlikləri azaltmaq üçün 17 üsul sizə təqdim edirik:

1. Müxtəlif növ qidalar təklif edin. Körpələr çoxlu müxtəlif yeməklər dadmağı xoşlayır. Odur ki, niyə də onlara "isveç masası" təklif etməyəsiniz? Buz qabı, keks qabı və ya bölmələrə malik hər hansı digər qabdan istifadə edin və içərisinə rəngarəng və bəsləyici "barmaq qidaları" (barmaqla yeyilə bilən) qoyun. Bu barmaq qidalarına iki yaşlı uşağın xoşuna gələcək məzəli adlar qoyun, məsələn:

- Alma ayı (nazik doğranmış alma)

- Bananlı təkərlər

- Brokkoli ağacları (buxara verilmiş brokkoli çiçəkcikləri)

- Yerkökü xəncərləri (bişmiş və nazik doğranmış yerkökü)

- Pendir inşaat daşları

- Yumurtalı gəmilər (qaynanmış bərk yumurtanın ağı)

- Kiçik halqalar (halqaşəkilli yarma)

Qidanı, körpənin asanlıqla əli çata biləcəyi bir yerə yerləşdirin. Körpə evin içində gəzişdikcə, dayana, otura, bir balaca "atışdıra" və sonra yenə gəzintisinə davam edə bilər. Bu cür yeməklərin ömrü 1 və ya 2 saatdır.

BƏSLƏYİCİ MƏSLƏHƏT: Yaxşı qidalanma - Yaxşı davranış. Uşağın davranışları, adətən onun qidalanma vərdişləri ilə parallel olur. Valideynlər adətən diqqət yetirir ki, uşağın davranışı səhərin və ya günortanın sonuna yaxın pisləşir. Aradakı əlaqəyə fikir verin: uşaqlar yeməksiz qaldıqca, onların davranışı daha da pisləşir. Yemək atışdırmaq, qanda şəkərin enib-qalxmasını və xoşagəlməz davranışları azaldır.

2. Körpələr həmçinin barmaq qidalarını müxtəlif mayeşəkilli ərzaqlara (souslara) batırıb yeyə bilərlər. Qidaları batırmaq üçün aşağıdakıları istifadə edə bilərsiniz:

- Kəsmik

- Süzmə

- Qatıq

- Xama

- Kəsmik-pendir

- Püre şəklinə salınmış meyvələr və ya tərəvəzlər

Bunları həm alma, armud və ya bibər dilimlərinin, həm də tost edilmiş çörək və ya digər qidaların üstünə yaxmaq olar.

3. Uşaqlar nəyisə sürtməyi, daha doğru desək, yaxmağı sevirlər. Onlara, uşaq üçün nəzərdə tutulan yağ bıçağı ilə tost və ya adi çörəyin üzərinə yağ, pendir və meyvə püresini necə yaxmağı göstərin.
Ad - 00:31
Keçid
50%-dək ENDİRİM!

4. Yeməklərin üstünə nəsə qoyun. Uşaqlar bunu çox sevirlər. Bəsləyici, uşaqlara tanış qidaları - qatıq, kəsmik-pendir, tomat sousu, alma sousu və digər ərzaqları onların daha az sevdiyi qidaların üstünə qoymaqla, şıltaq balanızın menyusunu genişləndirə bilərsiniz.

5. İçizdirin. Əgər sizin uşağınız yeməkdən çox içməyi sevirsə, ümidsizliyə qapılmayın. Birlikdə smuzi hazırlayın. Süd (qatıq) və meyvə-tərəvəz, buğda rüşeymi, bal, bəhməz kimi əlavə qidalar çox sağlam yeməklərin əsası ola bilər. Bəs bunları çöplə içmək necə?

6. Doğrayın. Uşağın neçə dəfə yemək yeməsi, sizin o qidanı necə kəsməyinizdən asılıdır. Sendviçləri, fəsəliləri, vafliləri və pizzanı müxtəlif şəkillərdə kəsin.

7. Bağlama edin. Qidanın xarici görünüşü çox vacibdir. Yeni və fərqli bir qida üçün, niyə də uşağınızın oyuncaq qablarından istifadə etməyəsiniz? Yemək məsələsində uşaqlar gözlənilməyən və əcaib şeyləri sevir - plastik ölçü stəkanlarından tutmuş, dondurma qablarına qədər.

Siz həmçinin qidaları kiçildə də bilərsiniz. Qidaları kiçik ölçülərdə təqdim edin və ya mümkündürsə, qidaları kiçik ölçüdə hazırlayın. Məsələn mini çörəklər, kiçik ev piroqları, toyuğun qoldibi və kiçik ev keksləri.

8. Tərəvəz alın. Tərəvəzləri körpələrə təqdim edərkən, yaradıcı olmaq lazımdır. Çünki ailələrdə uşaqların ən çox etiraz etdikləri qida tərəvəzlərdir. Uşaqların nə qədər tərəvəzə ehtiyacı var? Baxmayaraq ki, uşaqlara gün ərzində 3-5 dəfə tərəvəz təklif olunmalıdır, 5 yaşdan kiçik uşaqlar üçün, hər dəfə yalnız yaşlarının sayına uyğun sayda çay qaşığı ilə verilməlidir. Başqa sözlərlə, 2 yaşlı uşaq, gündə 3-5 dəfə 2 qaşıq tərəvəz yeməlidir. Odur ki, əgər sizin balanız tərəvəz sevərlərdən deyilsə, onda aşağıdakı hiylələrə əl atın:

Uşağınızla tərəvəz əkin. Şərait yaradın ki, uşağınız bitkilərin qayğısına qalsın, yetişmiş tərəvəzləri yığsın, yusun və hazırlasın. O, yetişdirməyə kömək elədiyi qidanı daha həvəslə yeyəcəkdir.

Doğranmış və ya rəndələnmiş tərəvəzləri onun sevimli yeməyinə qatın.Tərəvəzləri düyüyə, kənd pendirinə, kəsmik-pendirə, makarona qata bilərsiniz.

Tərəvəzləri, uşağın sevimli sousu altında gizlədin.

Tərəvəzlərdən kanape (kiçik buterbrodlar) kimi istifadə edin və onları sevimli sousa və ya digər qidaya batırın.

Kiçik peçenye kəsənlərdən istifadə edərək, tərəvəzləri maraqlı formalara salın.

Göyərtiləri buxara verin. Bu zaman onlar daha dadlı və bişməmiş halından daha şirin olur.

Tərəvəzlərdən incəsənət nümuməsi yaradın. Zeytunu doğrayaraq gözlər, pomidordan qulaqlar, göbələkdən burun, bibərdən bığ və s. düzəldərək rəngarəng təsvirlər hazırlayın. Yunan qabağı fəsəlilərindən əla üz düzəltmək olar. Belə ki, yaşıl noxudlar gözləri, yerkökü burunu və pendir isə saçları əvəz edə bilər.

9. Yaradıcı yeməklər hazırlayın. Məsələn, "ağacda pendir" adlı məşhur yemək (buxara verilmiş brokkoli çiçəklərinin üstünə ərinmiş pendir) buna bir misal ola bilər.

10. Paylaşın. Əgər uşağınız hər yeməyi bəyənmirsə, evə onunla eyni yaşda olan bir dostunu və ya "yeməyi sevdiyini" bildiyiniz nisbətən yaşda böyük bir uşaq dəvət edin. Uşağınız da həvəsə gəlib yeməyə başlayacaqdır. Bu məsələlərdə digər uşaqlar ona nümunə ola bilər.

11. Onların mədəsinin kiçik olduğunu nəzərə alın. Onlara yeməyi kiçik porsiyalarla verin. Onlara qidanı hansı ölçüdə verəcəyinizi bilmirsiniz? Baş barmaq və ya əl qaydasına riayət edin. Uşağın mədəsi təqribən onun yumruğu boydadır. Odur ki, boşqaba az miqdarda qida qoyun və uşağınız istədikcə əlavə edin. Bu cür qida planı daha uğurludur və həmçinin qanda şəkərin səviyyəsini sabitləşdirir, bu isə öz növbəsində əhval-ruhiyyə dəyişkənliyini azaldır. Əksər valideynlər bilir ki, ac uşaqlar adətən pis əhval-ruhiyyədə olurlar.

Həvəssiz uşağa "loxma" qaydasını tətbiq edin: "Bir loxma al, iki loxma..." (sizcə onu məcbur etmədən buna nə qədər davam edə bilərsiniz?). "Loxma" qaydası heç olmasa uşağınızın yeni qida dadmasına və ona qidalanmanı cüzi də olsa idarə etməyə imkan verir. Bacardığınız qədər şərait yaradın ki, uşağınız və onun iştahı öz axarı ilə hərəkət etsin. Lakin əgər uşağınızın yeməyi sizinlə eyni vaxtda yeməsini istəyirsinizsə, onun qəlyanaltılarını ən az yemək saatından 2 saat əvvələ salın.

12. Yemək əlçatan olsun. Soyuducunun aşağı rəfini uşağınızın müxtəlif sevimli, bəsləyici qidaları və içkiləri üçün ayırın. O yemək istəyəndə, onun üçün qapını açın və o özü seçsin. Bu taktika həmçinin uşaqlara ac olduqda yeməyə təşviq edir, qida ilə bağlı sağlam vərdişlərə yiyələnməkdə mühüm bir addımdır.

13. Sakit oturma strategiyalarından istifadə edin. Uşaqların ailə ilə bir masa ətrafında dinc otura bilməmələrinin bir səbəbi də, onların ayağının sallanmasıdır. Yemək yeyəndə hündür stulda oturmağa çalışın. İnsan təbii olaraq yerində qurdalanır və ayağa durub gəzmək istəyir. Uşaqlar, ayaqlarının yerə çatmasına mane olmayan, öz ölçülərinə uyğun stullarda daha uzunmüddətli oturub yemək yeyirlər.

14. Yemək saatlarının yerini dəyişin. Uşaqlar qəlvəaltı, nahar və şam yeməyi arasında fərqi o qədər də anlamırlar. Əgər, uşağınız səhər yeməyinə pizza və ya axşam yeməyinə meyvə və ya sıyıq yemək istəyirsə, eybi yoxdur - bu, ümumiyyətlə heç nə yeməməkdən yaxşıdır. Bu o demək deyil ki, siz onun ağzından çıxan hər bir sifarişi dərhal yerinə yetirməlisiniz. Lakin, bəzən uşağınızın öz menyusunu özü seçməsinə imkan verin.

15. Qoyun özləri yemək hazırlasınlar. Uşaqlar özləri bişirdiyi qidaları yeməyə həvəslidirlər, odur ki, mümkün olduqda, uşağa imkan verin ki, yeməyini özü hazırlasın. Peçenye kəsənlərdən istifadə edərək pendir, çörək, nazik ət dilimləri və ya bişmiş əriştələrdən müxtəlif fiqurlar kəsin.

16. Hər bir kalorini hesaba alın. Uşağınıza kiçik dozalarda, qidalandırıcı maddələrlə zəngin qidalar təklif edin. Bu, xüsusilə dovşanlar qədər fəal olan, lakin siçanlar qədər az yeyən uşaqlar üçün çox mühümdür.

16. Ziddiyyətləri nəzərə alın. Kiçik uşaqlar, hər gün fərqli çeşiddə və fərqli miqdarda qida yeyə bilərlər. Bu kaprizlər əsasən onların özünün müstəqillik məhfumuna malik olmaları ilə əlaqədardır və bu, öz təsirini məhz qidalanmada göstərir. Odur ki, əgər uşağınız bir gün ağzına kimi dolu boşqab yemək yeyib, növbəti gün isə demək olar ki, heç nə yeməsə, çərşənbə axşamı brokkolini sevərək yeyir, cümə axşamı isə ondan imtina edirsə, bir qidalanma zamanı özü yemək istəyir və növbəti dəfə sizin onu yedirmənizi istəyirsə, təəccüblənməyin.

17. Sakitləşin. Bəzən 2-3 yaş arası uşaqlar, qidanın hazırlanması da daxil olmaqla hər şey barədə öz fikirləri olur. Bu fikirlərə hazır olun. Öz fikrinə malik olan iki yaşlı uşağı nəyəsə inandırmaq o qədər da asan deyil. Yaxşısı budur, sendviçləri onun istədiyi kimi hazırlamağı öyrənin. Bunu, onun dikbaşlığı kimi qəbul etməyin. Uşaqlar özlərinin qurduqları aləmdə yaşayırlar. Bu aləmin qanunlarına zidd olan şeylər onlar üçün qəbuledilməzdir. Bu mərhələ də keçib gedəcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi