azia.az
azia.az

Keçmiş VƏKİLƏ CİNAYƏT İŞİ AÇILDI-Universitetdən çıxarılan ADƏM MƏMMƏDOVUN daha bir pul qalmaqalı

18-02-2025, 23:57

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası zamanı Adəm Məmmədovun vəkilliyi dayandırılıb, bu barədə qərar qəbul edilib.

Qərara əsasən, barəsində intizam icraatı başladılan vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb.

Vəkillər kollegiyasından xaric edilmiş, bu yaxınlarda isə dərs dediyi BDU-dan qovulmuş, Adəm Məmmədov barəsində vətəndaşların şikayətləri mətbuatda yayımlanmaqda davam edir. Bunları vocap vasitəsi ilə bizə yazan Z. Abbasov Adəm Məmmədovun onun başına açdığı dələduzluqdan danışdı. Belə ki, Z.Abbasov bildirir ki, Şirin Abasov adlı şəxsin vəkilə etiyyacı olduğuna görə, onu Adəm Məmmədovla tanış etmişdir. Məqsəd isə Şirin Abasovun vəkil kimi onun hüquqi yardımından yararlanacağı idi. Bir müddət keçir, Şirin adlı vətəndaş Adəm Məmmədova külli miqdarda pul verir ki, məhkəmədə olan işlərini həll etsin. Lakin Adəm Məmmədov işi düzəldəcəyinə söz versə də vədinə əməl eləmir. Nəticədə Adəm Məmmədov Şirin Abasovun külli miqdarda pulunu mənimsəyir. Bunu Z.Abbasov öz məlumatında iddia edir. 

"Şirin Adəmə pulu mənim vasitəm ilə verib. Qeyd edim ki, Binəqədi rayon məhkəməsinə Adəm Məmmədov həmin puldan 15 min manat rüşvət vermişdi ki, Şirin Abasovun oğlunu tutmasınlar. İş Apelyasiya məhkəməsinə qədər getdi çıxdı, sonda Şirinin oğlunu tutdular. Mən Adəmə buldirdim ki, pulları geri qaytarsın. Adəm Binəqədi rayon məhkəməsinin  Fərid adlı hakiminə zəng edərək 15 min manatı geri aldı. Mən Şirinə 25 min pul qaytardım. Sonra Şirin məndən şikayət etdi və mənə qarşı 23500 manat iddia tələbi qoydu. Mən Adəmdən pulu istədikdə Adəm mənə dedu ki, qorxma sənə heç nə edə bilməzlər...

Və nəticədə məni həbs etdilər. Həbsdə olan ərəfədə Adəm mənə ismarıc göndərib bildirdi ki, vəkildir, onun adını bu işdə hallandırmayım, pulların qalanını da qaytaracaq. Mən isə həbsdən azad olmaq üçün məcbur oldub Şirinin tələb etdiyi məbləği ona verdim. 

Xatırladım ki, indi Adəm mənə verəcəyi puldan imtina edib. Ona dəfələrlə mesaj da yazdım, hətta, bir dəfə onula görüşdüm, biz mübahisə etdik, əlbəyaxa davasına qədər çıxdıq. Sonda Adəm mənə 5 min manat verərək pulun qalan hissəsini də tez bir zamanda qaytaracağına söz verdi. Təəssüflər olsun ki, verdiyi sözə əməl etmədi. Haqsızlığa dözə bilmirdim. Mən çox əsəbləşdim və nəticədə açıq ürək əməliyyatına məruz qaldım."-deyə redaksiyaya müraciət edən  Z.Abbasov  mətbuat vasitəsi ilə hüquq-mühafizə orqanlarına onun şikayətinin çatdırılmasını və məlumatin KİV-də yanımlanmasını xahiş edir.

Keçmiş vəkilı adəm Məmmədov redaksiyaya zəng edərək Z.Abbasovun ürəyindən əməliyyat olunduğunu, hal-hazırda onun şikayət eləmək gücündə olmadığını bildirdi.

"O, bizim dostumuzdur, belə bir şey ola bilməz, bu yalandır. Zərdabini Bakı şəhər prokurorluğunda axtarırlar əməliyyat olunduğuna görə, hələ ona dəymirlər, bu işlərinə görə onu tutacaqlar, ona əvvəllər də demişdim. Mənim sözümə qulaq asmadı. Başına bu işlər gəldi. Məndə onun səs yazıları və ərizəsi var. Yazını versəniz Zərdabini və sizi məhkəməyə verəcəm, Universitet məsələsinə gəlincə, mənim müqaviləm ilin sonunda bitəcək. Orada saat hesabı dərs deyirəm. Deyilən və yazılanlar yalandır"-deyə Adəm Məmmədov bildirdi.

 

(davamı var)

Azia.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi