Ölümdən sonra insanı neçə saat diri saxlamaq olar? - SENSASSİYA
Kliniki ölüm keçirmiş xəstələr tez-tez parlaq işıq parıltıları və qaranlıq tunel gördüklərini bildirirlər.
Bu mövzu bütün dünya alimlərinin diqqətini cəlb edib və bu fenomenə çoxlu araşdırmalar həsr olunub.
“Cebhe.info” xəbər verir ki, amerikalı mütəxəssislərin son araşdırmalarından birini “moyzhurnal” portalı yazıb.
Belə ki, ürək döyüntüsü dayandıqda beyinə qan tədarükü dayanır, bu da oksigen çatışmazlığından geridönməz nəticələrə gətirib çıxarır. Nəticədə beyin qabığı ölməyə başlayır və insan huşunu itirir. Hətta intensiv reanimasiya tədbirləri də bu vəziyyəti dəyişdirmək iqtidarında deyil.
Nyu-York Universitetindən amerikalı alim Sem Parnia ölüm fenomeni və reanimasiya imkanları ilə bağlı bir neçə araşdırma aparıb. Onun işi göstərib ki, ölüm təsdiqləndikdən sonra şüur insanda daha 20 saniyə qala bilər.
Serebral korteks elektrik siqnalları göndərərək ürək dayanmasından sonra fəaliyyət göstərə bilər. Bu, qısa müddət insana həyata qayıtmaq şansı verir.
Tibbi təcrübədən məlumdur ki, orqanizm ölümdən sonra (ürək dayanması) 3-6 dəqiqə ərzində öz funksiyalarını bərpa edə bilir. Klinik ölümdən sonra beynin elektrik aktivliyi tədricən azalır: bəzi bölgələr ölür, digərləri işləməyə davam edir.
Bununla belə, uğurlu reanimasiya ilə belə, mərkəzi sinir sisteminin fəaliyyəti pozula bilər ki, bura da düşünmək, yerimək, danışmaq və s. daxildir
Amerikalı tədqiqatçılar sensasiyalı kəşf ediblər: klinik ölümdən sonra həyatı 12 saat saxlamaq mümkündür. Alimlər donuzun beynində süni qan dövranı sistemindən istifadə etməklə apardıqları təcrübədə oksigen və qida maddələrinin ölü toxumaya daxil olmasından sonra beyində aktivlik əlamətlərinin olduğunu aşkar ediblər.
Sinir hüceyrələrinin stimullara cavab verməsi, zəif elektrik impulsları və immun sisteminin reaksiyası qeydə alınıb. Beyin strukturlarının fəaliyyət əlamətləri təkcə 12 saatdan sonra deyil, həm də tədqiqatın 1,5 günü ərzində müşahidə olunub.
Xəzər
“Cebhe.info”