azia.az
azia.az

Polimer Materialları İnstitutunun əməkdaşlarının nüfuzlu jurnalda 2 yeni məqaləsi dərc olunub

9-01-2024, 13:59


 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının əməkdaşları -   laboratoriya müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Allahverdiyeva, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova və böyük elmi işçi Aynurə Həsənovanın 5 yanvar 2024-cü il tarixində nəşr olunan “Inorganic Materials: Applied Research” (2023, Volume 14, pages 424–429; 441–444)  jurnalında 2 məqaləsi dərc olunub. 

 “Poliolefinlər əsasında çoxkomponentli nanokompozitlərin fiziki-mexaniki xassələri” (Physicomechanical Properties of Multicomponent Nanocomposites Based on Polyolefins – N.T. Kakhramanov, Kh.V. Allahverdieva, Y.N. Kakhramanly, E.V. Dadasheva) adlı məqalədə poliolefinlər əsasında nanoölçülü müxtəlif növ doldurucuların (sink stearat, alüminium, texniki karbon) miqdarının nanokompozitlərin fiziki-mexaniki xassələrinə təsirinin nəticələri təqdim olunub. https://doi.org/10.1134/S2075113323020211  

“Polipropilen və məişət tullantılarının külü əsasında nanokompozitlərin temperatur-deformasiya xüsusiyyətləri” (Thermal Deformation Characteristics of Nanocomposites Based on Polypropylene and Household Waste Thermal Ash – N.T. Kakhramanov, A.A. Gasanova, Kh.V. Allahverdiyeva, Z.N. Guseynova, N.B. Arzumanova) adlı məqalədə isə doldurucunun miqdarı və hissəcik ölçüsünün polipropilen və “dib külü” əsasında hazırlanan kompozit materialların termomexaniki xüsusiyyətlərinə təsirinin öyrənilməsinin nəticələri tədqiq olunub. https://doi.org/10.1134/S2075113323020223

Qeyd edək ki, Web of Science, SCOPUS, Emerging Sources Citation Index, Japanese Science and Technology və s. kimi bazalara daxil olan jurnal 0.287 impakt faktora malikdir və Q3 kateqoriyasındadır.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi