"Pilləkənləri qalxmaq insult riskini azaldır"
Çin, Böyük Britaniya və ABŞ-dan olan tədqiqatçılar sübut ediblər ki, hər gün pilləkənlərlə yuxarı qalxmaq ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Məlumata görə, tədqiqat iştirakçılarının 12,5 il ərzində apardıqları monitorinqdən sonra məlum olub ki, gündə beşdən çox pilləkənlə yerimək ürək-damar sisteminin ateroskleroz riskini 20% azaltmağa kömək edib.
Nəticə olaraq, bu araşdırma pilləkənləri qalxmağın ürək-damar xəstəliklərini azaltmaqda yeriməkdən daha təsirli ola biləcəyini nümayiş etdirir. Bu əlverişli seçim ürəyin sağlamlığını yaxşılaşdırır və ateroskleroz və digər ciddi problemlərin qarşısını almaq üçün əhəmiyyətli potensiala malikdir.
Ümumdünya Ürək Federasiyasının məlumatına görə, ürək-damar xəstəlikləri hər il 20,5 milyondan çox insanın ölümünə səbəb olur.
Burhan