azia.az
azia.az

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qazilərə qarşı növbəti həmlə...

26-09-2023, 14:25


 

Torpaqlarımızın azadlığı uğrunda canından və fiziki sağlamlığından keçən ŞƏHİD və QAZİLƏRƏ   qarşı atılan hərhansı yanlış addım ictimai rəydə geniş rezonans doğurmaqdadır. Müsəffər Ali Baş komandan dəfələrlə öz çıxışlarında Şəhid ailələrinə və Qazilərə diqqət və qayğının göstərilməsi barədə göstəriş və tapşırıqlar versə də təəssüflər olsun ki, bəzi qurumlar bunları görməzdən gəlir. Belə itaətsizlik göstərən qurumlardan biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Verilən məlumatda belə deyilir. Bu isə kəskin etiraza səbəb olub.

Dövlət  Qazilərə və Şəhid ailələrinə dolanışıq üçün bir çox sahələrdə şəraitin yaradılmasına imkan yaradıb. Bunlardan biri də nəqliyyat sahəsidir ki, indi fəaliyyət göstərir. Qüsursuz və əla xidmət şəraitində təşkil olunan işin öhdəsindən nümunəvi şəkildə gələn Qazilər və Şəhid ailələrinin təmsilçiləri Bakı şəhərində nəqliyyatın davamlı hərəkətinin öhdəsindən uğurla gəlməkdədir. Görünür belə xidmət kimlərinsə xoşuna gəlmir.  Redaksiyaya daxil olan məlumata görə, yaradılmış bu nizamlı və qüsursuz işə kölgə salmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edib. Bu müsabiqənin məqsədi isə verilən məlumata görə, Qazilərin və Şəhid ailələrinin təmsil olunduğu marşurutları sıradan çıxarmaqdır. Sərnişin daşıma xidmətinin guya yenilənməsi məqsədi ilə həyata keçirəcəkləri müsabiqə, əslində Qazi və Şəhid ailələrinə məxsus xidməti aradan çıxarmaqdır.  Bu günə təyin olunmuş müsabiqənin məqsədi elə budur. Deyə məlumat verilir. Xəbər verilir ki, Qazilərimiz bu marşurutlarda bir neçə avtobusla təmsil olunur. Heç şübhəsiz ki, qəbul olunacaq qərar Qazilər və Şəhid ailələri tərəfindən böyük etirazla qarşılanacaq. 

Araşdırmalar davam edir. Qarşı tərəfin məsələyə münasibətinin öyrənməyə çalışacağıq. 

Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi