azia.az
azia.az

“Əl-Nəsr” “Mançester Siti”nin müdafiəçisini aldı

25-08-2023, 08:49

“Mançester Siti”nin müdafiəçisi Aymerik Laport Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

Xarici mediaya istinadla bildirilir ki, 29 yaşlı ispaniyalının transferi mətbuat xidməti tərəfindən açıqlanıb. Daha əvvəl “Əl-Nəsr”də müdafiəçinin maaşının ildə təxminən 25 milyon avro olacağı bildirilirdi. 

Laport 2018-ci ildən “Mançester Siti”də çıxış edir. O, “Vətəndaşlar”ın heyətində 180 oyuna çıxıb, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Mançester Siti”nin tərkibində Laport 5 dəfə İngiltərə çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb eləcə də Çempionlar Liqasının qalibi olub. KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi