azia.az
azia.az

"Niyə Nicatın sürət həddini aşması və ya spirtli içkili olması barədə məlumat verilmir?" - VİDEO

25-08-2023, 08:45

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Nikosayağı" kimi tanın bloger Nicat Şakirlinin törətdiyi ağır yol qəzasından danışıb.

Azia.az  müsavat.com-a istinadən xəbər verir ki, ekspert onun qəza zamanı sürət həddinin 150-dən çox olduğunu və həmin an içkili olub-olmadığının ictimaiyyətə açıqlanmadığını bildirib:

"Hələ cinayət işi açılıb. Bəlkə də qanun qarşısında cavab verəcək. Azadlıqdan məhrum olunacaq. Çünki onun avtomobilində adam ölüb. O hadisə baş verənə qədər yolda avtomobili yüksək sürətlə idarə edib. Necə olub ki, o radara düşməyib? Əgər radara düşübsə cərimə barədə niyə məlumat verilmir? Çünki deyilənə görə, onun avtomobilin sürət həddi 150-dən yuxarı olub. Spirtli içkinin təsiri altında olduğu deyilir, "Alcatester"dən keçib?".

Xatırladaq ki, avqustun 15-də Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Ətraflı videoda:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi