azia.az
azia.az

"Azərsu" ASC mərhum nazirin ailə şirkətindən 25 min manatlıq SMS aldı

25-08-2023, 08:26

"Azərsu" ASC-nin "SMS xidmətinin satın alınması" ilə bağı elan etdiyi tender başa çatıb. 

32gun.az-ın məlumatına görə, tenderin qalibi  "ATA TEXNOLOGİYA" MMC olub. Tərəflər arasında 25.016 AZN-lik müqavilə imzalanıb. 

Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

"ATA Texnologiya” MMC-nin təsisçisi "ATA Holding”dir. Bu barədə şirkətin veb-səhifəsində qeyd edilib. "ATA Texnologiya” MMC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.

"ATA Holding” keçmiş Vergilər naziri, mərhum Fazil Məmmədovun biznes imperiyasına daxil olan kommersiya qurumlarından biri olub. Şirkət hazırda Məmmədovlar ailəsi tərəfində idarə edilir. 

Ayxan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi