"Azsığorta" Nəsimi RİH və “Azərsu” ASC-ni məhkəməyə verdi
"Azsığorta" ASC Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və “Azərsu” ASC ilə bağlı məhkəməyə müraciət edib.
Məlumata görə, bu barədə iddiaçı Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, ASC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Kamal Məmmədov