azia.az
azia.az

“Azneft” Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

24-08-2023, 09:17

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

 

Xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Ağazadənin icraatında olan işin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələrdir.

 

Məhkəmə iclası oktyabrın 27-də keçiriləcək.

 

Xəyal Quliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi