Müqayis Verdiyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıldı... - Ona CM-nin bir neçə maddəsi ilə ittiham elan olunub...
Cəmiyyət arasında özünü hər yerdə sahibkar kimi təqdim edən, bir neçə dəfə dələduzluqda ittiham olunaraq, uzun müddətli həbsxana həyatı yaşayan, vətəndaşları şantaj edərək dələduzluq yolu ilə, külli miqdarda pul qoparan Müqayis Verdiyev Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb.
Müqayis Verdiyevə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunaraq, onun ifadəsi alınıb.