Rusiyanın müharibə itkilərinin yeni siyahısı
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 258 820 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 373 tank, 8 488 zirehli maşın, 5 318 artilleriya sistemi, 722 reaktiv yaylım atəşi sistemi, 491 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 324 PUA, 1 406 qanadlı raket, 18 gəmi/qayıq, 7 745 avtomobil texnikası və avtosistern, 800 xüsusi texnikadan ibarətdir.