Millət vəkili əlavə edib ki, Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda orta yaş həddi 72 yaşdır. Buna görə də, nəinki pensiya yaşının qaldırılması, onun daha da aşağı endirilməsindən söhbət getməlidir.
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Avropada pensiya yaşının artırılması demoqrafik vəziyyətlə bağlıdır:
Belə təkliflər daha çox Yunanıstandan səslənilir. Çünki işçi qüvvəsi çatışmır. Bu barədə həddindən artıq problem var. Doğuşla bağlı, demoqrafik vəziyyətlə bağlı ciddi problemlər mövcuddur və bu artmağa davam edir. Buna görə də təqaüd yaşının artırılması zaman-zaman gündəmə gəlir. Amma bu həyata keçiriləcək bir məsələ də deyil, çünki orda insanların buna qarşı ciddi etirazı var. Hələlik bu təklif kimi səsləndirilib, amma reallaşdırılması o qədər də asan məsələ deyil. Azərbaycanda buna ümumiyyətlə ehtiyac yoxdur, çünki Azərbaycanda demoqrafik vəziyyət hələki Avropaya nisbətən xeyli yaxşıdır”.
İqtisadçının sözlərinə görə, bizdə gənc nəslin yetişməsi və yaşlıları əvəz etməsi orqanik qaydada davam edir və proses gedir: “Lakin bizdə başqa problem var. Hazırda ölkədə bəzi hallarda, əsasən də dövlət orqanlarında dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar təqaüdə çıxmaq istəmirlər. Onlar özləri istəyirlər ki, təaqüd yaşı artırılsın”.
Çünki təqaüdlərin az olması, maaşların isə daha yüksək olması buna təşviq edir. Yəni bizdəki problemə bir az tərsindən baxmaq lazımdır. Amma Azərbaycanda təqaüd yaşının artırılmasına birmənalı olaraq ehtiyac yoxdur – deyə Natiq Cəfərli qeyd edib.