"AzInTelecom” şirkətinin məhkəməsinə bu tarixdə baxılacaq
“Auto Services” MMC-nin "Azerbaijan International Telecom" MMC-yə ("AzInTelecom") qarşı məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsində keçiriləcək proses sentyabrın 1-nə təyin edilib.
İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: “Auto Services” "AzInTelecom” şirkətini məhkəməyə verərək borc müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Kamal Məmmədov