azia.az
azia.az

8 gündür işıqsız qalan kəndin bələdiyyəsi istefa verdi

18-08-2023, 08:34

Türkiyənin Diyarbakır ərazisində maraqlı hadisə yaşanıb.

32gun.az xəbər verir ki, 8 gündür elektrik enerjisinin verilməsi dayandırılan kəndin bələdiyyəsi istefa verib. Bildirilib ki, məhəllənin qaranlığa qərq olmasına səbəb bəzi sakinlərin elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi,  bəzilərinin isə borclarının yığılması olub.

Məsələ ilə bağlı kəndin bələdiyyəsi aidiyyəti qurumlara müracitət etsə də, problem həllini tapmayıb. Belə olan halda bələdiyyə çıxış yolunu istefada görüb. Onun sözlərinə görə aidiyyəti qurum sakinlərin sayağaclarını yoxlamadan külli miqdarda məbləğin borclu olduqlarını deyir: "4 ildir bələdiyyə kimi işləyirəm. 48 milyon borcun olduğunu deyirlər. gəlib yoxlasınlar 8 milyondan artıq borc ola bilməz. Məhəlləni satsaq da, o borcu ödəyə bilmərik. Kəndlilərin üzünüə baxa bilmirəm".

Qeyd edək ki, istefadan sonra Necati Erdem adlı şəxs məhəlləni tərk edib.

Aysel Şirinova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi