azia.az
azia.az

Rus tankı atəş açdı... Azərbaycanlıları öldürdü(VİDEO)

16-08-2023, 09:16

Ukraynanın Rusiya ordusunun nəzarətində olan Xerson vilayəti ərazisində rus tankı oradan keçən, içərisində Azərbaycan vətəndaşları Orxan Əzizli və Ramiz Qədirlinin də olduğu yük maşınına atəş açıb. Onlar hadisə yerində ölüblər.


Bunu Azeri Daily-yə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri, Ukrayna Xalqları Assambleyasının sədri Rövşən Tağıyev deyib.


Ölən azərbaycanlılar Azərbaycanın Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləridir. Ukraynanın rəsmi strukturları hələlik insidentlə bağlı şərh verməyib. İşğal olunmuş tərəfdəki mənbələrdən məlum olub ki, 1992 və 1995-ci il təvəllüdlü ölənlər Ukraynada kənd təsərrüfatı ticarəti ilə məşğul olublar, Rusiya Silahlı Qüvvələrinin Xerson vilayətini ələ keçirdikdən sonra onlar işğal etdikləri əraziləri tərk etməyiblər və işlərinə davam ediblər.


Hadisə baş verən gün onlar işğal altındakı Aleşki şəhərindən Krıma tərəvəz aparırmış. Gecə komendant saatı zamanı tank yük maşınına atəş açıb. “Biz dəfələrlə məlumat almışıq ki, Rusiya hərbçiləri işğal olunmuş zonanın yollarında pul tələb edir, yük maşını sürücülərindən gediş haqqı alır. Görünür, ruslar soydaşlarımızla razılaşmayıb və bu dəhşətli cinayət baş verib”, - deyə Tağıyev bildirib.

.

Подписывайтесь на наш кан


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi