azia.az
azia.az

Jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təliminin bağlanış mərasimi baş tutub

4-08-2023, 09:19


 

3 avqust 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təliminin buraxılış mərasimi baş tutub. 

 

Tədbirdə bir sıra dövlət qurumlarının rəhbər və nümayəndə heyəti, “bootcamp”ın məzunları, eləcə də digər media nüməyəndələri iştirak edib. Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov çıxış edib. İRİA-nın sədr əvəzi İnarə Vəliyeva öz çıxışında təlimlərin məqsəd və missiyasına diqqət çəkib:

 

Ölkənin rəqəmsal inkişafa doğru getdiyi bu yolda sürətli məlumat mübadiləsi, kommunikasiya və məlumatların hədəf kütləyə doğru çatdırılmasında mətbuat ən böyük dəstəkçilərimizdəndir. Bu “bootcamp”ı tərəfdaşlarımızla birgə təsis etməkdə əsas məqsədimiz  bu yolda bizimlə çiyin-çiyinə çalışan ixitsaslaşmış media nümayəndələrinin sayını artırmaq  və İKT üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir”

 

Tədbirin davamında məzun olmuş 21 iştirakçıya rəsmilər tərəfindən sertifikat və hədiyyələr təqdim olunub. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilib. 

Qeyd edək ki, jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təlim proqramları  2 ay ərzində iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin  mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına xidmət edir. Təlimlər müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli alt qurumları, eləcə də peşəkar təlimçi və ekspertlər tərəfindən  rəqəmsal marketinq və brendləşmə, sənaye prosesində SCADA sistemləri, genişzolaqlı internet və inkişaf perspektivləri, elektron təhlükələr və onlardan müdafiə üsulları, mediada İKT, texnologiyaların istifadəsi və qanunvericilik, rəqəmsal ID-nin tətbiqi, CIA Modeli- Konfidensiallıq, bulud texnologiyaları, Blokçeyn və kriptovalyuta texnologiyalarının tətbiqi kimi mövzularda təlimlər keçirilib. Layihə çərçivəsində media nümayəndələrinə əyani dərslərlə yanaşı, praktiki dərslər də keçirilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi