"Technoil" şirkəti ilə "Azlənd Plaza"nın məhkəmə çəkişməsi
Bakı Kommersiya Məhkəməsində "Technoil" MMC-nin "Azlənd Plaza" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 18-nə təyin edilib.
Qeyd: "Technoil" MMC "Azlənd Plaza" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Kamal Məmmədov