azia.az
azia.az

Kimlər TOXUNULMAZDIR? - Onlar bu halda həbs OLUNA BİLƏR

25-07-2023, 08:52

Bildirək ki, bəzi vəzifəli şəxslər var ki, onların statusu Konstitusiya və qanunvericiliklə təsbit olunub. Söhbət belə şəxslərin toxunulmazlıq hüququndan gedir. Bu status mütləq deyil və ali qanunverici orqan tərəfindən ləğv edilə bilər.

Bəs Azərbaycanda kimlərin toxunulmazlıq hüququ var və onlar hansı hallarda məsuliyyətə cəlb oluna bilər?

Bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda bir sıra şəxslərin toxunulmazlıq hüququ var və onlar yalnız bir halda məsuliyyətə cəlb oluna bilər:

“Azərbaycanda müəyyən kateqoriyada insanlar var ki, onların qanunla qorunan toxunulmazlıqları vardır. Bunlar və həmin o toxunulmazlıqlar həm Azərbaycan Respublikasının Konstitusiyası ilə, həm də qanunlarla qorunur. Belə ki, konstitusiyanın 90-cı maddəsinə görə, Milli Məclisin deputatlarının toxunulmazlığı vardır və bu toxunulmazlıq onların səlahiyyət müddəti dövrünə aid edilir. Azərbaycan Respublikasının Konstitusiyasında 90.2-ci maddəyə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilir. Azərbaycan Respublikasında prezidentin də toxunulmazlığı var. Prezidentin şərəf və ləyaqəti  qanunla qorunur. Bununla bağlı Azərbaycan Respublikasının cinayət məcəlləsinə müvafiq əlavələr olunmuşdur və həmin əlavəyə görə, prezidentin şəxsiyyət və ləyaqətinə toxunulacaq sözlər olduğu halda bununla bağlı cinayət təqibi başlanılır”.


Hüquqşünasın sözlərinə görə, həm Azərbaycan Respublikasının prezidentinin, həm də vitse prezidentlərin toxunulmazlıq hüququ var və bu toxunulmazlıq hüqüquna yalnız baş prokurorun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti xitam verə bilər: “Eyni zamanda Azərbaycan Respublikasının baş nazirinin toxunulmazlığı var. Bunu da qeyd edim ki, Azərbaycan Respublikasında Konstitusiyanın 28-ci maddəsinə görə, hakimlərin də toxunulmazlığı mövcuddur və yalnız qanun qarşısında nəzarət olunan qaydada tətbiq oluna bilir. Eyni zamanda məhkəmə hüquq şürasının üzvlərinin də toxunulmazlığı mövcuddur”.

Yuxarıda qeyd etdiyim şəxsləri cinayət başında yaxalayan qurum bununla bağlı ilk növbədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verir. Baş Prokuror isə xüsusi təqdimatla həmin şəxsi cinayət məsuliyyətinə cəlb edə bilər – deyə Ramil Süleymanov qeyd edib.

Aqil Qarayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi