azia.az
azia.az

Şuşada keçirilən Qlobal Media Forumu yekunlaşdı

24-07-2023, 07:31

Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu yekunlaşıb.

Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edib.

Forumda “Medianın gələcəyi: rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak meylləri”, “Təhlükəsizlik məsələləri” sessiyaları, həmçinin iştirakçılar və məruzəçilər arasında interaktiv müzakirələr aparılıb. Qlobal Forumda həmçinin bir sıra yan tədbirlər, sərgilər və təlimlər keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi