azia.az
azia.az

Media Forumun əhəmiyyəti - Akif Aşırlı Şuşada TRT-yə danışdı - Video

23-07-2023, 20:40

Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən Əməkdar jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “TRT Avaz”a tədbirlə bağlı açıqlama verib.

“Sherg.az” xəbər verir ki, A. Aşırlı Forumun əhəmiyyətlərindən söz açıb:

“Təbii ki, Qlobal Media Forumunun burada, Qafqazın tacı olan, Azərbaycanın dilbər guşəsi Şuşada keçirilməsinin böyük tarixi əhəmiyyəti var . Şuşa Azərbaycana böyük ziyalılar, Mətbuatımızın 148-ci ildönümündə xatırlatsaq, böyük qələm insanları bəxş etmiş yurddur. İ Forumun əsas məqsədlərindən biri ondan ibarətdir ki, ənənəvi mediadan rəqəmsal mediaya keçid prosesində nələr gözlənilir. Gələcəkdə peşəkar medianın rolu nədən ibarət olacaq. Rəqəmsal mediaya keçid prosesində hansı ağrılı, çətin məqamları olduğu çözülür. Eyni zamanda medianın təhlükəsizlik sisteminin elementi olması, Şuşada keçirilməsi, Şuşanın işğaldan azad olunmasından sonra ikinci belə bir forumun keçirilməsinin də əhəmiyyəti var. Bu da ondan ibarətdir ki, işğaldan azad edildikdən sonra Şuşada xeyli müsbət işlər görülüb, tikintilər aparılıb, işğaldan əvvəlki tarixi dövrünə qayıtma mərhələsini yaşayır. Bunu da dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin nəzərində efirə verilməsinin Azərbaycanın gələcəyi açısından müsbət mesajlar verir. Burada həm də Türkiyə-Azərbaycanın ortaq media platformasında qurulan media quruluşları yer alır. Burada bir neçə ortaq media platformasında çıxış edən qurumların, ortaq yayımların təşkilini gördük. Bunun özü də müsbət nümunələridir. Əlbəttə bu Media Forumu cənab Prezident İlham Əliyevin dediyi kimi davamlı olacaq. Bu da dünya mediasında, mətbuat aləmində, çağdaş mediamızda baş verən dəyişikliklər və bu dəyişikliklərin müsbət məcrada istiqamətində buradakı dünyanın nüfuzlu media quruluşlarının rəhbərlərinin çağırışlarının böyük önəmi var”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi