azia.az
azia.az

"Polis bizi tutub o cür fotomuzu çəkmişdi, Kübra stolun altına girmək istəyirdi" - VİDEO

25-05-2023, 07:29

Aparıcı Elgiz Əkbər pandemiya ərəfəsində qanunları pozduğunu etiraf edib.

Azia.az  axşam.az-a istinadən xəbər verir ki, aparıcı Əməkdar artist Kübra Əliyeva ilə gizli ad gününə getdiyini və pols tərəfindən yaxalandıqlarını deyib: 

"Pandemiyanın ən ciddi ərəfəsi idi, küçəyə çıxmağa imkan vermirdilər. Bir dostumuz zəng vurdu ki, ad gününə dəvət edirəm. Evdə olacağını dedi. Kübra Əliyevanı və məni dəvət etdi. Dedim yaxşı, gizlin gələrik. Getdik ki, həyətdə bir stol açıblar ki, vur-çatlasındır. Dedim ki, Kübra xanım, gəl qaçaq, tutsalar yaxşı olmayacaq. Qapıdan qaçmaq istəyəndə ev sahibi tutdu bizi, məcbur gedib oturduq. Rəqqasələr, nələr var. Saata baxıram, əsirəm. Saat axşam 9 olanda istədim qaçım. Elə durmaq istəyəndə qapı açıldı, polislər, əllərində kamera içəri girdilər. İnsanları sıraya düzüb çəkib yaydıqları ərəfə idi. Kübra dedi ki, Ayaz məni öldürəcək, stolun altına girmək istəyirdi. Bizi düzdülər sıraya, qaçan qaçdı, hasardan tullanan getdi". 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi