Müşaviri təyin edilən Türk general görün kim imiş - FOTO
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Təyinatlı Qrupunun komandanı, general-polkovnik Bəxtiyar Ersai Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müşaviridir.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kollegiyasının 2022-ci ilin yekunlarına dair iclasının rəsmi məlumatına istinadən xəbər verir.
İclasda çıxış edən B.Ersai Azərbaycan ordusunun Türkiyə ordusuna uyğunlaşdırılması istiqamətində görülən işlər, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlər barədə məlumat verib.
Bəxtiyar Ərsainin müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat indiyədək heç yerdə dərc olunmayıb.
Türkiyəli general-polkovnik Bəxtiyar Ersai Azərbaycan müdafiə nazirinin müşaviri il yarım bundan əvvəl təyin edilib.

Miri Məcidli