azia.az
azia.az

Ən ucuz qiymət neçədən başlayır?-Bakı-Tblisi qatarı

Bu gün, 09:29

Xəbər verdiyimiz kimi, ADY Bakı-Tiflis- Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığını açıqlayıb.


Bakupost.az xəbər verir ki, biletlərin satışa çıxarılması ilə ilk reysdən istifadə edərək, Tiflisə getməyin neçəyə başa gəldiyi maraq oyadıb.

ADY-nin açıqladığı qiymət cədvəlinə görə 25 may tarixində satışa çıxarılan ən ucuz bilet 104.20 AZN təşkil edir. Qeyri-iş günləri sayılan 27-28 may tarixlərində komfort sinfi üzrə qiymətlər 127 manata yüksəlir.

Ən ucuz bilet isə təxminən 1 ay sonra, 16-18 iyun tarixlərini əhatə edir: 85.26 AZN.

Demək, yaxın 1 ay ərzində Bakı-Tiflis-Bakı marşrutu üzrə ADY-nin açıqladığı minimal qiymət olan 81 AZN-ə bilet tapmaq mümkün deyil.

Asena


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi