"Gördüklərimizi Afrikada tətbiq edəcəyik" - Con Adams
"Biz ideyalarımızı paylaşdıq və necə əməkdaşlıq edəcəyimizi nümayiş etdirdik. Bu baxımdan tərəfdaşlıq etdik və digər ölkələrin davamlı mənzil təminatını necə həyata keçirdiyini gördük".
Bu sözləri Metbuat.az-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Afrika Nhlangano Şəhər Şurasının məsləhətçisi Con Adams deyib.
O bildirib ki, davamlı mənzil təminatı üzrə müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi mühüm nəticələr verib:
"Bəli, müsbət. Çox şeyə nail oluruq və indi bunu öz evimizdə, Afrikada tətbiq edəcəyik".
Gülçin Aslanlı