azia.az
azia.az

"Mitsubishi Motors" şirkətinin rəsmi dileri MMC-ni məhkəməyə verdi

29-06-2022, 09:27

"Mitsubishi Motors" şirkətinin rəsmi dileri MMC-ni məhkəməyə verdi
"Diamond Motors" MMC "Abşeron Kərpic" MMC-ni məhkəməyə verib.



Məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.



Belə ki, "Diamond Motors" mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr barədə tələb irəli sürüb.



İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.



Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.



Qeyd: "Diamond Motors" MMC 2006-cı ildən etibarən Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi və səlahiyyətli dileridir.



Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi