azia.az
azia.az

YAP-ın daha bir rayon təşkilatı nazirliyin qurumunu məhkəməyə verdi

30-04-2022, 09:06


Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 16 sayli Ucar ərazi İdarəsini məhkəməyə verib.

YAP-ın daha bir rayon təşkilatı nazirliyin qurumunu məhkəməyə verdi

Məlumata görə, bu barədə rayon təşkilatı Şəki Kommersiya Məhkəməsinə müraciət edib.



Belə ki, Ucar rayon təşkilatı qeyri-yaşayış sahəsi üzrə mübahisələr barədə tələb irəli sürüb.



İddia hakim Fərid İsmayılzadənin sədrliyi ilə araşdırılacaq.



Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.



Qeyd: YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayevadır.



Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi