Zakir Qaralovun şirkəti yenidən məhkəməyə verildi
"Kartaş LTD" MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə bağlı məhkəməyə müraciət edib.![]()
Məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, "Kartaş LTD" alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.
Kamal Məmmədov