azia.az
azia.az

Paşinyandan Bakının gözlədiyi MÜHÜM BƏYANAT - Xankəndini də, Xocalını da ...

21-06-2022, 08:09


"Nikol Paşinyanın parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı səsləndirdiyi bəyanatlarda mövqeyi kifayət qədər açıq və aydın ifadə olunub".
Paşinyandan Bakının gözlədiyi MÜHÜM BƏYANAT - Xankəndini də, Xocalını da ...
Bunu Milli.Az-a açıqlamasında iqtisadi, siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Paşinyan dolayı yollarla Azərbaycanla sülh sazişi imzalamaq istədiyini dilə gətirir:

"Paşinyan əslində Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycanın Qarabağ üzərində suverenliyini dolayı yolla tanımağa hazır olduğunu bildirdi. Biz bunu əvvəllər də onun çıxışlarından müşahidə etmişik. Üstəlik, Brüssel görüşlərindən qabaq Azərbaycan 5 maddəlik şərtini irəli sürüb ki, bunun əsasında yenə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət olunması dururdu. Paşinyan buna qarşı çıxış etmədi. Eyni şəkildə Brüssel görüşlərində də yenə bu şəkildə etiraz bildirmədi. Erməni baş nazir açıq şəkildə bildirir ki, o, Azərbaycanın Qarabağ üzərində suverenliyinə və ərazi bütövlüyünə etiraz etmir.

Paşinyan üçün əsas prioritet Ermənistan-Azərbaycan Qarabağ "münaqişəsi" sülh yolu ilə həll olunsun, Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr, nəqliyyat kommunikasiya əlaqələri bərpa olunsun və həm Azərbaycan, həm də Ermənistan sürətlə Avropa İttifaqına doğru irəliləyə bilsin. Daha bir məqam ondan ibarətdir ki, Ermənistan üçün Avropaya inteqrasiya çox əhəmiyyətlidir. Yəni Ermənistan rəhbərliyi hər vəchlə Rusiyadan uzaqlaşıb, Qərbə doğru getməyə çalışır.
Ətraflı

Yəni Paşinyanı əslində hakimiyyətə gətirməyə çalışan Avropadakı liberal sol qüvvələrin əsl məqsədi məhz erməni cəmiyyətini Rusiyadan qoparıb Avropaya, Qərbə inteqrasiya etmək idi. İndiki halda isə bunu Paşinyana həyata keçirmək üçün Qarabağ "münaqişəsini" mütləq sülh yolu ilə həll etmək lazımdır. Əks halda Qarabağ məsələsi tam həll olmadan nə Ermənistan ərazisindəki Rusiya hərbi bazalarını çıxara bilər, nə də Qərbə doğru inteqrasiya edə bilər. Avropa İttifaqı da bunda çox maraqlıdır.

Brüssel açıq şəkildə bildirib ki, Azərbaycan və Ermənistan sülh danışıqlarını dəstəkləyir. Həm Zəngəzur dəhlizinin açılması, həm Ermənistanla Azərbaycan arasında delimitasiya-demarkasiya xəttlərinin müəyyənləşdirilməsi, eyni zamanda Azərbaycanda da , Ermənistanda da sülh komissiyasının yaradılması Brüssel tərəfindən açıq şəkildə dəstəklənir. Və rəsmi Brüssel hətta buna maddi dəstək verməyi də öz üzərinə götürüb. Belə ki, Avropa İttifaqı Ermənbistana 2.4 milyard Avro, Azərbaycana isə sülh müqaviləsi imzalanacağı təqdirdə 2.2 milyard Avro yardım edəcəyini bildirib.

Aydın məsələdir ki, Paşinyan bunu açıq şəkildə istəyir. Amma son dövrlər xüsusilə Rusiyanın təzyiqi ilə Qarabağdakı separatçı xuntanın qalıqları Araik Arutyunyan tərəfindən açıq təzyiqə məruz qalır. Ona görə, Paşinyan bunu açıq şəkildə deyə bilmədiyindən dolayı yollarla dilə gətirir. Çünkü hazırda regionda sülhə mane olan əsas qüvvə Rusiyadır və Rusiya açıq şəkildə Qarabağdakı xuntanı dəstəkləməklə separatçı rejimin hətta fərqli vəzifə tutan şəxslərini nazir kimi mediaya təqdim etməklə yenidən rus Qarabağı ideyasını diriltəməyə çalışır. Rusiya çalışır ki, Qarabağda öz kontrolunda olan, sülhməramlıların nəzarət etdiyi həmin ərazilərdə separatçı qurumun qalıqları qalsın və ondan hər hansı şəkildə istifadə etsin.

Belə olacağı təqdirdə aydın məsələdir ki, nə sülhün əldə olunması, nə də Azərbaycan və Ermənistanın Qərbə inteqrasiya etməsi mümkün deyil. Bu səbəbdən də Paşinyan hər vəchlə çalışır açıq şəkildə bildirsin ki, Ermənistan üçün əsas prearitet Qarabağdakı erməni hüquqlarının qorunmasıdır. Və bu deyək ki, Azərbaycan daxili mədəni muxtariyyat ola bilərsə, bu da Ermənistan üçün uyğundur. Əsas odur ki, oradakı ermənilərin hüquqları qorunsun və Ermənistan bu sülh məsələsini yekunlaşdıraraq Qərbə inteqrasiya edə bilsin".

Qeyd edək ki, Nikol Paşinyan parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı müəyyən qədər ikibaşlı məna daşıyan, əslində isə Azərbaycanın Qarabağın gələcəyi ilə bağlı təkliflərinin qəbulu təsiri bağışlayan bəyanatlar səsləndirib: "Qarabağın statusu Ermənistan üçün məqsəd deyil, regionun təhlükəsizliyinin təmini vasitəsidir. Status Qarabağ ermənilərinin hüquq və azadlıqlarını, eləcə də təhlükəsizliyinə gətirib çıxarmalıdır. Ancaq belə bir vacib məsələ də var, Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinə təminat verən hər bir status problemin erməni tərəfi üçün həll edildiyi anlamını daşıyacaq".

Təhməz Əsədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi