azia.az
azia.az

Əliyev və Paşinyanın növbəti Brüssel görüşü nə vəd edir?

6-04-2022, 07:08


Əliyev və Paşinyanın növbəti Brüssel görüşü nə vəd edir?
Aprelin 6-sında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.Ötən ilin 14 dekabırında da Aİ Şurasının prezidenti Şarlz Mişel Əliyev və Paşinyanla görüşmüşdü.Müsbət məqam ondan ibarətdir ki,ötən il baş tutan görüşdə Əliyev və Paşinyan təkbətək Daglıq Qarabag problemi ətrafında 5 saatdan çox müzakirə aparmışdı.
Dogrudur,Rusiya hər vəchlə çalışır ki,Azərbaycan və Ermənistan arasında öz moderator statusunu qoruyub saxlasın.Lakin Aİ-də tərəflər arasında yekun sülhün,əhatəli həllin tərəfdarı kimi görünür.Təsadüfü deyil ki,ötən ilin 14 dekabrında baş tutan Əliyev-Paşinyan görüşündən sonra ümumi deklarasiya açıqlanmışdı.
Bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutacaq görüşdə hər hansı sülh sazişinin və planının təsdiqlənəcəyinə ehtimal vermirəm.Fəqət,Aİ-nin də təşəbbüskarlıgı ilə məşvərətçi bir komissiya yaradıla bilər.Mümkündür ki,Azərbaycan və Ermənistanın siyasi liderləri Gürcüstanın paytaxtı Tbilisidə sülh danışıqları aparıb yekun həll planı üzərində razılıga gələ bilsinlər.
Digər tərəfdən,Aİ Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası və digər texniki məsələlərin həllinə töhvə verə bilər.Əlbəttə,aktual mövzulardan biri də 1-ci Qarabag müharibəsində itkin düşmüş hesab olunan 3890 azərbaycanlının taleyinə aydınlıq gətirilməsidir.
Yeri gəlmişkən,aprelin 5-ində Ermənistan müxalifəti Yerevanda etiraz aksiyası keçirib.Erməni müxalifəti iddia edir ki,baş nazir N.Paşinyan Brüsseldə Ermənistanın əleyhinə olacaq sənədə imza atacaq.Şübhəsiz ki,Ermənistan müxalifəti Rusiya tərəfindən yönləndirilir və Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə olunur.
Görünən budur ki,Kremlin təsiri təkcə erməni müxalifətinin arasında yox,ordu içində də var.Belə olmasaydı,Brüssel görüşü ərəfəsində erməni hərbçiləri Tovuz rayonu istiqamətində atəşkəsi pozmazdı.
Ermənistan ordusunun daxilindəki anti-Paşinyan qüvvələr Rusiya və müxalifətlə koordinasiya şəkilində işləyirlər.İş ondadır ki,Paşinyan hökuməti də monolit deyil və ikili açıqlamalar verir.Və hər fürsətdə ATƏT-Minsk Qrupunu problemin yekun həllinə pərçimləmək istəyir.
Dünən ABŞ-ın dövlət katibi Antoni Blinken həm Əliyev,həm də Paşinyanla telefon danışıgı aparıb.Hətta Blinken Paşinyanla danışıgında deyib ki,ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin əhəmiyyətli oldugunu bildirib.
Təsəvvür edin ki,ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiyanın Fransa və ABŞ ilə münasubətləri Ukrayna böhranına görə, hansı səviyyədədir.Və belə fərz etmək olar ki,həmsədrlər hələ uzun müddət biraraya gələ bilməyəcəklər.Lakin Daglıq Qarabag konflikti elə bir problemdir ki,Qərb və Rusiyanın geosiyasi və geostrateji maraqları adətən bu məsələdə uzlaşır.
ABŞ üçün indiki mərhələdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da vacibdir.
Bundan əlavə,dünən Ankarada ABŞ və Türkiyə arasında Strateji Mexanizmin ilk toplantısı baş tutub.Görünür,Vaşinqton Azərbaycan,Türkiyə və Ermənistan arasında normal münasibətlərin təşəkkül tapması üçün daha istəklidir.Hal-hazırda ABŞ-ın geopolitik maraqları onu tələb edir ki,Türkiyə,Ermənistan və Azərbaycan arasında əməkdaşlıq modeli yaradılsın.Xüsusilə,adı çəkilən ölkələr arasında diplomatik münasibətlərin qurulmasi,kommunikasiya xəttlərinin açılması Vaşinqton üçün prioritet hədəfdir.

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi