azia.az
azia.az

Pezeşkian: “Nüvə obyektlərini yenidən quracağıq”

Bu gün, 15:59

İran Prezidenti Məsud Pezeşkian iyun ayında ABŞ və İsrailin hava hücumları nəticəsində zərər görən nüvə obyektlərinin yenidən inşa ediləcəyini bəyan edib. O, Tehranın nüvə silahı istehsal etməyə çalışması barədə iddiaları da qəti şəkildə təkzib edib.

Bakupost.az xəbər verir ki, Pezeşkian bu açıqlamanı İran Atom Enerjisi Təşkilatına səfəri zamanı verib. O, bildirib ki, Tehran öz ehtiyaclarına uyğun şəkildə nüvə proqramını “sabit və planlı şəkildə” davam etdirəcək.

İran hökumətinin sözçüsü Fatimə Mühəccərani isə bəyan edib ki, İran müvafiq beynəlxalq tərəflərlə mesaj mübadiləsi aparır və danışıqların detalları münasib vaxtda açıqlanacaq.

Eyni zamanda, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-nin təzyiqlərinə qarşı milli müqavimət cəbhəsi yaradılması çağırışı ilə çıxış edib: “Düşmənin sonsuz tələblərinin qarşısı şərtsiz güzəştlərlə alına bilməz”.

Cavid, BakuPost


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi