azia.az
azia.az

Tələbə qızın öldüyü qəza ilə bağlı yeni açıqlama: Daha 1 nəfər vəfat etdi

16-06-2022, 07:39


UNEC tələbəsinin öldüyü qəza ilə bağlı yeni detallar bəlli olub.
Tələbə qızın öldüyü qəza ilə bağlı yeni açıqlama: Daha 1 nəfər vəfat etdi
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, dünən saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi "Mercedes” və 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin idarə etdiyi "Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi