azia.az
azia.az

ELM TARİXİ İNSTİTUTU "AZƏRBAYCANIN ELM VƏ MƏDƏNİYYƏT MƏRKƏZİ-ŞUŞA" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRƏCƏK

31-01-2022, 07:34


ELM TARİXİ İNSTİTUTU "AZƏRBAYCANIN ELM VƏ MƏDƏNİYYƏT MƏRKƏZİ-ŞUŞA" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRƏCƏK
ELM TARİXİ İNSTİTUTU "AZƏRBAYCANIN ELM VƏ MƏDƏNİYYƏT MƏRKƏZİ-ŞUŞA" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRƏCƏK
08 may 2022-ci il tarixdə keçiriləcək Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi-Şuşa” mövzusunda beynəlxalq elmi konfrans barədə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 08 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi-Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək. Konfransın məqsədi şəhərin tarixi, görkəmli şəxsiyyətləri, milli-mənəvi və sosial-mədəni irsi, ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.
Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Şuşanın Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, Şuşada dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.
Konfransa alimlər, elmi işçilər, doktorant və magistrlar məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr orjinal, heç bir yerdə dərc edilməmiş, 14 “Times New Roman” şirifti, kənarları 2 sm. aralıqla, 1.5 intervalla, rus və ingilis dillərində rezüme və açar sözlərlə tərtib edilməlidir.
Məqalələri Azərbaycan, türk, ingilis və ya rus dillərində 01 aprel 2022-ci il tarixə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərsiz.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi