azia.az
azia.az

Ramiz Mehdiyevin kresloda olan YAXINLARI - Əsasən bu nazirlikdə İŞLƏYİRLƏR

Bu gün, 18:48

Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunan akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı müzakirələrin  davam etdiyi bir vaxtda, diqqət çəkən digər məqamsa,Ramiz Mehdiyevin qohumlarının tutduğu yüksək vəzifələrdir. Təbii ki,onların  bu  vəzifəyə  gətirilməsində Ramiz  Mehdiyevin  rolu  böyükdür. Ramiz Mehdiyev  həbs olunduqdan  sonra  onların  taleyinin necə  olacağı  da  müzakirə  mövzularındandır. 

Oxu24.com  Ramiz  Mehdiyevin  vəzifədə  olan  qohumları  barədə  dəqiqləşmə  aparmağa  çalışıb. Müxtəlif  mənbələrdən  əldə  etdiyi  məlumatları  təqdim  edir.


1.Teymur Mehdiyev - oğlu.


2014-cü il 5 may tarixindən fövqəladə hallar nazirinin müavinidir.General-mayor ali hərbi rütbəsi daşıyır. 2018-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

25.06.1975-ci ildə Gürcüstan Respublikası, Suxumi şəhərində anadan olub.

Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.

Ailəlidir, 2 övladı var.


2.Kamilə Əliyeva - qızı.

 Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Psixologiya elmləri doktorudur.



3.Qalina Mehdiyeva – həyat yoldaşı.


Bakı Dövlət  Universitetinin Tətbiqi Riyaziyyat kafedrasının müdiri,Fizika-riyaziyyat elmləri doktoru, professor. 



4. Telman Mehdiyev – qardaşının oğlu.


Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


5. Nəriman Mehdiyev –qardaşının oğlu.


Nizami Rayon Məhkəməsinin hakimidir.

6. Elvin Mehdiyev -  qardaşının oğlu.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi.


7. Zahid Mehdiyev - qardaşı oğlu


Azərbaycan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiridir. 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.


8.Fikrət Əliyev - kürəkəni İlham Əliyevin qardaşı  – AMEA-nın İşlər İdarəsinin müdiri.



9.Seymur Mərdəliyev  - kürəkəni İlham Əliyevin xalası oğlu


Prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycanın BMT-nin Cenevrə bürosu və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib. Onun həyat yoldaşı Mərziyyə Mərdəliyeva isə eyni nümayəndəlikdə 1-ci katib vəzifəsinə gətirilib.

 

10.Levan Qursakyan -  yerli  mediada  onun  Ramiz  Mehdiyevin  oğulluğu olduğu  iddia edilir.Medianın yazdığına görə,L.Qursakyan Qalina  Mehdiyevanın  əvvəlki  ərindən olduğu  övladıdır. Onun erməni əsilli olduğu  iddia edilir.Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovnikidir.   



11.Mərdan Mehdiyev -qardaşı oğlu  - Bakı şəhəri Dövlət Yol Polisi  İdarəsinin Ekoloji Nəzarət Batalyonunun komandiri


12.Nigar Mehdiyeva  - gəlini


Azərbaycan Tibb Universiteti Onkologiya Klinikasının müalicə işləri üzrə direktor müavini,II cərrahiyə şöbəsinin müdiri,tibb elmləri doktoru


13.Namiq Babayev – qudası 

Dövlət İmtahan Mərkəzinin sədr müavini

Bu barədə  Oxu24.com-a açıqlama verən  Namiq  Babayev    Ramiz  Mehdiyevlə  qohum  olmadığını açıqlamışdı.


Oxu24.com  adları  çəkilən  şəxslərin  mövqeyini açıqlamağa  hazırdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi