azia.az
azia.az

“Gənclərin xaricə axını ailə institutunun zəifləməsinə gətirib çıxara bilər” -Sosioloq

Bu gün, 18:22

“Gənclərin kütləvi şəkildə xaricə üz tutması təkcə iqtisadi deyil, həm də sosial və mədəni nəticələr doğura bilər.Bu proses həm mental dəyərlərin, həm ənənəvi stereotiplərin sıradan çıxmasına, həm də ailə institutunun zəifləməsinə səbəb ola bilər”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında sosioloq Naib Niftəliyev bildirib.

"Heç vaxt asan gəlirin dalınca qaçmayın" - Naib Niftəliyev

Sosioloq qeyd edib ki, əgər bu axın davam etsə, gələcəkdə Azərbaycanda yaşlanma prosesi sürətlənəcək, pensiya yaşının artırılması və sosial xərclərin artması kimi problemlər yaranacaq.

Sosioloq hesab edir ki, dövlət gənclərin ölkədə qalmasını stimullaşdırmaq üçün yeni addımlar atmalıdır:

  • gənclər üçün mənzil təminatı və güzəştli ipoteka imkanlarının artırılması,
  • sahibkarlığın və innovasiyaların təşviqi,
  • təhsil və elmi fəaliyyətin dəstəklənməsi,
  • yeni iş yerlərinin yaradılması və texnologiya sahələrinin inkişafı.

“Əgər gənclər öz gələcək perspektivlərini Azərbaycanda görsələr, təbii ki, onlar ölkədə qalmaq və burada fəaliyyət göstərmək istəyəcəklər” – deyə sosioloq vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi