azia.az
azia.az

“Biznes və İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Planının hazırlanması istiqamətində əməkdaşlığın gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib

Bu gün, 17:14

Ombudsmanın mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatı ilə birgə əməkdaşlıqda Bakıda “Biznes və İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Planının hazırlanması istiqamətində əməkdaşlığın gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ombudsman Aparatının əməkdaşları, aidiyyəti dövlət qurumlarının, biznes strukturlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Dəyirmi masada açılış nitqi ilə çıxış edən Aparat rəhbəri Aydın Səfixanlı dövlətimiz tərəfindən biznesin inkişafı və sahibkarlığın dəstəklənməsi istiqamətində səmərəli qanunvericiliyin və institusional mexanizmlərin formalaşdırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Aparat rəhbəri ölkəmizin BMT tərəfindən qəbul edilmiş“Biznes və insan hüquqları üzrə Rəhbər Prinsiplər”in həyata keçirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Eyni zamanda, Azərbaycan Ombudsmanının biznes və insan hüquqları sahəsində fəaliyyəti barədə ətraflı məlumat verilib, bu sahədə məlumatlılığın artırılması və təcrübə mübadiləsinin aparılması məqsədilə təlimlərin təşkil olunduğu bildirib.

Aparat rəhbəri, həmçinin Ombudsmanın illik məruzələrində biznes və insan hüquqları sahəsində Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı təkliflərin yer aldığını qeyd edib.

Sonra Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli “Biznes və İnsan Hüquqları sahəsində beynəlxalq təcrübə və milli qiymətləndirmə sənədinin hazırlanması” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı BMT-nin “Biznes və insan hüquqları üzrə Rəhbər Prinsiplər”i, müvafiq sahədə Milli Fəaliyyət Planının hazırlanması istiqamətində beynəlxalq təcrübə, eləcə də Azərbaycan Ombudsmanı tərəfindən görülmüş işlər, biznes və insan hüquqları üzrə milli qiymətləndirmə sənədinin hazırlanması prosesi barədə məlumatlar diqqətə çatdırılıb. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin milli səviyyədə effektiv fəaliyyət mexanizmlərinin formalaşdırılmasında mühüm rol oynadığı vurğulanıb.

Daha sonra tədbir iştirakçılarının “Biznes və İnsan Hüquqları sahəsində hazırlanacaq Milli Fəaliyyət Planına dair təklif və tövsiyələridinlənilib və geniş fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi