azia.az
azia.az

Neftçalalı tələbəni girov götürənlər: "Hüseyni rus əsirinə dəyişə bilərik"

20-03-2022, 08:31


Ukraynada Azərbaycanın Neftçala rayonundan olan tələbə Hüseyn Abdullayevi girov götürənlər onun qaytarılma şərtini açıqlayıblar.
Neftçalalı tələbəni girov götürənlər: "Hüseyni rus əsirinə dəyişə bilərik"
Bu barədə tələbənin əmisi Cahid Abdullayev "Report"un Aran bürosuna bildirib.

"Bir saat bundan öncə qardaşım oğlu Hüseyn Abdullayevi girov götürənlər mənimlə telefonla əlaqə saxladılar. Dedilər ki, Ukraynada bizim əsirlər var. Əsirlər dəyişdirilən zaman Abdullayevi də rus əsirinə dəyişə bilərik"-deyə Cahid Abdullayev bildirib.

Qeyd edək ki, Neftçalanın Tatarməhlə kəndində doğulan 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amil oğlu Ukraynanı Mariupol Dövlət Universitetinin III kurs tələbəsidir. Srağagün universitetin yataqxanasının zirzəmisində gizlənən H. Abdullayev Azərbaycana qayıtmaq istəyərkən rus əsgərləri tərəfindən girov götürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi