Nazir Şirzad Abdullayevi vəzifəsindən azad etdi (ÖZƏL)
İqtisadiyyat naziri Mikayıl Cabbarov Şirzad Abdullayevi müşavir vəzifəsindən azad edib.
Azia.az-ın əldə etdiyi məlumata görə, Ş.Abdullayev səhhətində yaranan problemə görə öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Xatırladaq ki, 2018-ci ildən İqtisadiyyat nazirinin müavini olan Ş. Abdullayev 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdi. M.Cabbarovun müvafiq əmri ilə, İqtisadiyyat Nazirinin müşaviri təyin olunmuşdu.