azia.az
azia.az

Milli Qəhrəmanın ailəsi Ukraynadan ölkəmizə gətirilir

20-03-2022, 08:05


Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsinin Ukraynadan təxliyə edilməsi üçün tədbirlər görülür.
Milli Qəhrəmanın ailəsi Ukraynadan ölkəmizə gətirilir
Xəbər verilir ki, Milli Qəhrəmanın ailə üzvləri hərbi əməliyyatların başa çatmasını gözləyirdilər. Lakin martın 17-də onların evinə mərmi düşdükdən sonra təxliyə üçün müraciət etmək qərarına gəliblər.

Məlumata görə, hazırda Milli Məclisin deputatı Rüfət Quliyev, "Kiyev Azərbaycanlıları Konqresi" təşkilatının rəhbəri Oleq Krapivin və Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ailənin evakuasiya məsələsilə məşğuldur.

Deputat R.Quliyev bildirib ki, səfir Milli Qəhrəmanın ailə üzvlərini Moldovada şəxsən qarşılayacaq və Azərbaycana yola salacaq.

Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.

1992-ci il yanvarın 28-də onun idarə etdiyi və bortunda 47 sərnişinin olduğu Mi-8 mülki vertolyotu erməni mövqelərindən atılan "Stinger" istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan təyyarəni Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi