azia.az
azia.az

NATO-ya Putini öldürmək təklif edildi.

14-03-2022, 08:41

NATO-ya Putini öldürmək təklif olundu
NATO-ya Putini öldürmək təklif edildi.
Britaniyalı polkovnik: “Bu, müharibəni bitirmək və gələcək münaqişələrin qarşısını almaq üçün yeganə yol ola bilər”

“Onun həyatı Ukraynada və başqa yerlərdə artıq öldürdüyü minlərlə insanın və gələcəkdə öldürə biləcəyi başqalarının həyatından dəyərli deyil”

Britaniya ordusunun Əfqanıstandakı qoşunlarına komandanlıq etmiş polkovnik Riçard Kemp NATO-nu Ukraynada müharibəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putini bütün vasitələrlə hakimiyyətdən uzaqlaşdırmaq və hətta öldürmək planını nəzərdən keçirməyə çağırıb.
“Ən yaxşısı Putinin devrilməsi, həbs edilərək ya Rusiyada, ya da Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasıdır. Amma bunun baş tutma ehtimalı azdır”, – o deyib.
İstefada olan polkovnik qeyd edib ki, öldürmək bəlkə də çoxlarına məqbul görünmür, amma bu, müharibəni bitirmək və gələcək münaqişələrin qarşısını almaq üçün yeganə yol ola bilər.
“Qətl variantı çoxları üçün xoşagəlməz ola bilər, lakin onun həyatı Ukraynada və başqa yerlərdə artıq öldürdüyü minlərlə insanın və gələcəkdə öldürə biləcəyi başqalarının həyatından dəyərli deyil”, – deyə Kemp bildirib.
Kemp deyib ki, Putin Rusiya silahlı qüvvələrinin ali baş komandanıdır, işğalçı müharibənin başlanmasına göstəriş verən odur və buna görə də qanuni hədəfdir.
Keçmiş zabit mövqeyini əsaslandırmaq üçün terror təşkilatları Əl-Qaidənin lideri Üsama bin Ladenin və İŞİD lideri Bağdadinin beynəlxalq təhlükəsizliyə təhdid törətdiklərinə görə öldürülmələrini nümunə göstərib.
NATO-ya Putini öldürmək təklif edildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi