Dükanları yağmalayan erməni Ukraynada tutuldu
Ukraynada tutulan Ermənistan vətəndaşı talançılıqla məşğul olubmuş
Ukraynada saxlanılan Ermənistan vətəndaşının görüntüləri yayılıb. Görüntülər sosial şəbəkədə paylaşılıb.
Üzərində Ermənistan Silahlı Qüvvələrinin hərbi bileti olan 32 yaşlı Tiqran Ukraynadakı müharibədən istifadə edərək talançılıqla məşğul olduğu məlum olub.
“Səhvimi boynuma alıram, başa düşürəm ki, düzgün etməmişəm. Mən çox peşmanam və Ukrayna millətinə hörmət edirəm”, - dizüstə çökərək Tiqran bildirib.