Nazirdən “102” və kameralara nəzarət edən polkovniklə bağlı əmr - ƏMR
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmət rəisinin müavinini təqaüdə göndərib.
Nazirin əmri ilə DİN-in Növbətçi Hissələrin İdarəetmə Xidmətinin rəis müavini, polis polkovniki Fərhad Mehdiyev təqaüdə göndərilib. O, xidmətdə olmanın son yaş həddi ilə bağlı pensiyaya çıxıb.
F.Mehdiyev ötən il “Vətən uğrunda” medalı ilə təltif edilib. Onun DİN-in 102 xidmətinə və Təhlükəsiz Şəhər kameraları ilə bağlı işlərə nəzarət etdiyi bildirilir.
Mənbə:My Webpage