azia.az
azia.az

MEK tərəfindən Xəzər Gənclər Evinə kitablar hədiyyə edilib

1-02-2022, 22:39

MEK tərəfindən Xəzər Gənclər Evinə kitablar hədiyyə edilib
2 fevral Azərbaycan Gəncləri günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) mübadilə fondundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Xəzər Gənclər Evi sosial xidmət müəssisəsinə 30 adda kitab hədiyyə edilib.
Kitablar sırasında Azərbaycanın mədəniyyət xadimlərindən bəhs edən nəşrlər üstünlük təşkil edib. Bunların sırasında “Cabbar Qaryağdı” (Vaqif Bəhmənli), “Şövkət Məmmədova” (Nərgiz Cabbarlı, Vaqif İsaqoğlu), “Möhsün Sənani” (Sərvaz Hüseynoğlu), “Seyid Şuşinski” (Səadət Təhmirazqızı), “Abbasmirzə Şərifzadə” (İlham Rəhimli), “Lütfiyar İmanov” (Şəhla Həsənova), “Rza Təhmasib” (İlham Rəhimli, Cəlal Məmmədov) və s. öz əhəmiyyəti ilə seçilir.
Kitab hədiyyə etməkdə məqsəd toplumun böyük hissəsini təşkil edən gənclərdə kitaba, kitab oxumağa marağı formalaşdırmaq, cəmiyyətdə mütaliənin təbliğinə dəstəyi artırmaqdır.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


MEK tərəfindən Xəzər Gənclər Evinə kitablar hədiyyə edilib
MEK tərəfindən Xəzər Gənclər Evinə kitablar hədiyyə edilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi