Goranboyun icra başçısına 1-ci müavin TƏYİN EDİLDİ
Goranboy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyinat olub.
Redaktor.az-ın məlumatına görə, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin müvafiq sərəncamına əsasən, Nazarov Seymur Fazil oğlu rayon icra başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.
Seymur Nazarov bu vəzifəyə qədər Goranboy rayon təhsil şöbəsinin müdiri vəzifəsini daşıyırdı.