azia.az
azia.az

Bu gün Azərbaycanda yeni televiziya kanalı açılır - ÖZƏL

28-01-2022, 14:09

Bu gün Azərbaycanda yeni televiziya kanalı açılır - ÖZƏL
Azərbaycanda "Kanal S" adlı regional televiziya kanalı ümumrespublika yayımına başlayır.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Şəkidə faəliyyət göstərən "Kanal S" telekanalı bu gün ümumrespublika yayımına start verir.

Telekanal saat 15:00-dan etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olmuşdur. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" olan telekanalın adı dəyişdirilərək yenidən "Kanal-S" olmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi