azia.az
azia.az

Bir neçə avtobusun hərəkət sxemi dəyişdiriləcək

19-01-2022, 10:13

Bir neçə avtobusun hərəkət sxemi dəyişdiriləcək
Sabah Bakıda Parlament prospekti, Şəhidlər Xiyabanı, eləcə də digər ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

"Margin.az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, bu addım 20 yanvar faciəsinin 32-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədardır.

Dəyişiklik səhər saatlarından tədbir tam başa çatana qədər davam edəcək. Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi